15 Fevral 00:43

Argentina höküməti ötən ilin noyabr ayında itən “San-Juan” sualtı qayıq barədə məlumata görə 98 milyon peso (4, 9 milyon dollar) təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Argentina hökümətinin rəsmi bəyanatında deyilir.

Pul mükafatının sualtı qayığın dəqiq yerini müəyyən etməyə yardım edəcək məlumatları təqdim edən şəxslərə veriləcəyi bildirilir.

Xatırladaq ki, Argentina Hərbi Dəniz Qüvvələrinin “San-Juan” sualtı qayığı ilə əlaqə noyabrın 15-də kəsilib. Qayığın göyərtəsində 44 nəfər olub. Bundan sonra sualtı qayıqla bir daha əlaqə qurmaq mümkün olmayıb.


Müəllif: Teleqraf.com
Загрузка...