18 Fevral 2018 14:25
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya gedib terror qruplaşması YPG-yə qoşulan İngiltərə vətəndaşı Aidan Ceyms həbs edilib.

Teleqraf.com xəbər verir ki, ingiltərəli casusu terrorçuluqda ittiham edirlər. Onu fevralın 14-də Suriyadan İngiltərəyə qayıdarkən Liverpul Hava Limanında həbs ediblər.

27 yaşlı polisi bu gün Londonda Vestminster Sulh Cəza Məhkəməsində hakim qarşısına çıxaracaqlar.

Qeyd edək ki, Ceyms İngiltərədə terror qruplaşması YPG-yə qoşulduğu üçün həbs olunan ikinci ingilisdir. Bundan öncə, Cim Mateus adlı əsgər də eyni səbəblə ittiham olunaraq həbs olunmuşdu.


Müəllif: Cabbar