17 Mart 2018 12:50
3 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 57-ci günündə türk ordusu strateji əhəmiyyətə malik Meydanki qəsəbəsini ələ keçirib.
Bununla da müxaliflər bölgəni su və elektrik enerjisi ilə təmin edən Meydanki stansiyasını nəzarətə alıblar.

Bu arada Azad Suriya Ordusu Afrin şəhərinin girişindən ilk fotonu paylaşıb. Məlumatlara görə, müxaliflər bu ərazidən dinc sakinlərin asanlıqla döyüş bölgəsini tərk etməsinə yardım göstərir.

Bu gün Mabatlı kəndi ilə Afrin mərkəzi arasındakı son məntəqənin azad edilməsi gözlənilir.

***

Türkiyə Silahlı Qüvvələri Afrində daha 4 kəndi azad edib.

Əməliyyatla bağlı son məlumatları TSQ Baş Qərargahı yayıb.

Bununla da Afrin ilə Mabatlı arasındakı əlaqə kəsilib.


Müəllif: Samir