10 Avqust 2014 23:59

Qəzza rəsmiləri bildirir ki, İsrail hava qüvvələrinin hücumu nəticəsində yenityetmə də daxil olmaqla 3 fələstinli öldürülüb. İsrail mediası İsrail qüvvələrinin avqustun 10-a keçən gecə Qəzzadakı 25 hədəfi vurduğunu bildirib.


Avqustun 8-də 3 günlük atəşkəsdən sonra Həmas İsrailə 100-ə yaxın raket atıb. Başlayan hərbi əməliyyatlar nəticəsində 14 fələstinli öldürülüb.

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, İsrail «atəş altında danışıqlar aparmayacaq».

Fələstin vasitəçiləri bildirib ki, İsrail tərəfi danışıqlarda şərtsiz iştirak etməsə onlar avqustun 10-da Qahirəni tərk edəcəklər.

İyulun əvvəlindən bəri Qəzzada gedən döyüşlərdən 1500 fələstinli, 67 israilli həlak olub. (azadliq.org)


Müəllif:
Загрузка...