27 Aprel 2014 00:38
482

Ukrayna prezidentliyinə namizəd olan "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ölkəsinin NATO-ya üzv olmasının vacib olduğunu bildirib.

Teleraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, ölkə əhalisinin bir hissəsi bunun əleyhinədir. Buna baxmayaraq, Timoşenko ABŞ-ın "Assoşiayted Press" agentliyinə müsahibəsində Ukraynanın alyansa daxil olmasına tərəfdar olduğunu deyib.

Timoşenko bildirib ki, Ukraynanın cənub-şərqində baş verənlər və Rusiyanın təcavüzkar siyasəti ilə əlaqədar olaraq, "ölkədə ictimai rəydə fundamental dəyişiklik baş verib". O, deyib ki, ölkənin strateji kursu dəyişib: "NATO Ukrayna üçün ən yaxşı seçimdir".

Agentlik qeyd edib ki, Timoşenko əvvəllər Ukraynanın NATO-ya üzvlüyü ideyasını dəstəkləmirdi.

Nihad


Müəllif: