25 Aprel 2018 08:17
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistanda bütün tərəfləri hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün konstruktiv dialoqa çağırır.

Tteleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət Departamentinin rəsmisi Hezer Hauert bildirib.

Hauert bildirib: "Biz hakimiyyətin sülh yolu ilə keçməsinin təmin olunması üçün bütün tərəfləri Ermənistanın konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq".

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.


Müəllif: Teleqraf.com