15 May 23:12

Fələstin Vaşinqtondakı səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, Fələstin XİN bu qərarın ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq qəbul edildiyini bəyan edib.

Qeyd edək ki, Türkiyə və İrlandiya da İsraildəki diplomatik nümayəndələrini geri çağırıblar. İsrailin Qəzza sektoru ilə sərhəddə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə cavab olaraq aksiyalar keçirən etirazçılara qarşı güc tətbiq etməsi nəticəsində onlarla insan həlak olub və yüzlərlə etirazçı xəsarət alıb.


Müəllif: Teleqraf.com
Загрузка...