27 Aprel 2014 20:10
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar və Avropanın Rusiyaya qarşı Ukraynanın müstəqilliyi və suverenliyinə təhlükə törədilməsi ilə bağlı sanksiyaların tətbiq edilməsi işində birgə fəaliyyət göstərməli olduğunu deyib.

Malayziyaya səfəri zamanı danışan prezident Obama deyib ki, ABŞ və Avropa birgə fəaliyyət göstərərək, Rusiyaya dünyanın sanksiyalar məsələsində vahid mövqedən çıxış etdiyini nümayiş etdirməlidir.

Obama Rusiya ilə gərginliyin azaldılmasına dair razılığın əldə edildiyini, lakin Rusiyanın buna əməl etmədiyini bildirib.

ABŞ dövlət katibi Con Kerri şənbə günü Rusiyanı Ukraynanın şərqində rusiyapərəst qüvvələrin girov götürdüyü Avropa müşahidəçilərinin azad edilməsi səylərinə qeyd-şərtsiz dəstək verməyə çağırğıb.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Con Kerrinin bu çağırışı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon söhbəti zamanı etdiyini bildirib. Rəsmi Moskva vəziyyətin normallaşdırılmasında bütün vasitələrdən istifadə etdiyini bildirərərək, Ukrayna rəsmilərini Avropa müşahidəçilərindən ibarət heyətin təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb.

Amerikanın səsi


Müəllif: