14 Aprel 2014 19:32

Ukrayna BMT-yə qurumun sülhməramlı dəstələri birgə Ukraynanın şərqində əməliyyat keçirməyi təklif edib. Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov BMT-nin Baş katibi Pan Qi Munla telefon danışığı zamanı bildirib.

“Biz sizin köməkliyinizlə şərqdə birgə anti-terror əməliyyatının keçirilməsinə qarşı deyilik və əksinə bunu alqışlayırıq. Bu zaman mütəxəssislər və müşahidəçilər bizim hərəkətlərimizin legitimliyini və qanuniliyini özləri təsdiq edə biləcəklər”. – deyə, Turçinov bildirib.

Telefon danışığı zamanı Pan Gi Mun isə öz növbəsində bildirib ki, Kiyev bir tərəfdaş kimi BMT-yə tamamilə güvənə bilər.

Eldar


Müəllif: