3 Mart 2015 09:45

Rusiyada müxalif siyasətçi Boris Nemtsov bu gün Moskvanın Troyekurovsk qəbirstanlığında dəfn ediləcək.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:00-da başlanılacaq dəfn mərasiminin 4 saat davam edəcəyi gözlənilir.

Bu arada Ukrayna prezidenti Petro Poroşenko qətl ilə bağlı fikirlərini bölüşüb: “Dost adlandırıla biləcək azsaylı şəxslərdən biri idi. O, Ukrayna və Rusiya arasında körpü rolunu oynayırdı. Açılan atəş bu körpünü dağıtdı”.

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də axşam saatlarında Kremlin 200 metrliyində qətlə yetirilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Samir


Müəllif: