5 Mart 2015 22:47
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Montrö şəhərində “altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb.

Teleqraf.com “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “altılıq”-Tehran danışıqlarının növbəti raundundan əvvəl ABŞ dövlət katibi Con Kerri bə İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç gün davam etmiş ABŞ-İran diskussiyaları keçirilib.

Tərəflər arasında müəyyən irəliləyişə nail olunduğu, lakin kompromisin əldə olunması barədə danışmaq hələ tez olduğu bildirilir.

Məhəmməd Cavad Zərifin sözlərinə görə, tərəflər razılaşmaya nail olmaq üçün gecə-gündüz çalışmağa hazırdır: “Biz buna çox yaxınıq, lakin, eyni zamanda, çox uzaq da ola bilərik”.

“Altılıq” ölkələri və İran martın 24-dək nüvə proqramına dair siyasi razılığa gəlmək və iyunun sonunadək artıq hərtərəfli sazişin hazırlanması istiqamətində səy göstərməkdə davam edirlər.


Müəllif: