11 Mart 2015 22:20

Yüzlərlə ABŞ hərbi maşını Baltikyanı dövlətlərin ərazisinə daxil olub və Avropada qalacaq.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, missiyanın məqsədi Rusiyanın Ukrayna böhranındakı rolundan narahat olan NATO müttəfiq dövlətlərini arxayınlaşdırmaqdır.

Bu, Baltikyanı ərazilərdə NATO donanmasının təlimləri və ABŞ piyada bölmələrinin göndərilməsilə üst-üstə düşür.

ABŞ hərbi nümayəndəsi bildirib ki, təxminən 250 ağır hərbi nəqliyyat vasitəsi Latviya paytaxtı Riqaya və Almaniyanın şimalına yetişib və böhrana qarşı cəld reaksiya vermək üçün yerləşdirilib.

Təchizat Baltik dövlətlərində və Polşada 90 günlük NATO təlimləri üçün saxlanılacaq, daha sonra isə Avropa boyu bölüşdürüləcək.

Samir


Müəllif: