22 Mart 2015 21:44

ABŞ Ukraynadakı situasiya ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməkdə davam etməlidir.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu fikirləri bu gün Fox News telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bildirib.

"Hesab edirəm ki, Ukrayna xalqı və hökumətinin dinc və təhlükəsiz gələcəyi üçün Putinə təzyiqləri davam etdirməyimiz vacibdir", - Brennan deyib.

O, qeyd edib ki, Rusiya iqtisadiyyatının düşdüyü vəziyyət Putinin xoşuna gəlmir: "Hesab edirəm ki, o, Rusiya iqtisadiyyatı və xalqına zərbə vuran hazırkı vəziyyətdən necə çıxma lazım olduğunu başa düşməlidir. Rusiya dünyada öz statusuna uyğun rol oynamaq istəyirsə, Putin ölkəsinin yerləşdiyi regionda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət etməli olduqlarını anlamalıdır".

Nihad


Müəllif: