26 Mart 2015 09:38

Qiyamçıların tərəfinə keçən Yəmən ordu hissələri beynəlxalq aeroportu və Ədənin dəniz limanının ələ keçirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, husilər və ordu hissələri “Əl-Maaşik” prezident sarayını ələ keçirib və hazırda onlar Ədəndən Əbyan şəhərinə doğru irəliləyirlər. “Ənsar Allah” hərəkatının rəhbəri Məhəmməd Abdel Salam bildirib ki, Ədəndə vəziyyət normallaşır: “Biz qayda-qanunu qoruyacağıq və dinc sakinlərə hücum edilməsinə imkan verməyəcik”. O, cənub rayonlarının Əl-Qaida qruplaşmalarından azad edilməsini bütün yəmənlilərin milli məqsədi olduğunu bəyan edib. Eyni zamanda Yəmən ordusu kənardan ölkəyə qarşı heç bir hərbi əməliyyatın keçirilmədiyini bəyan edib.

Qeyd edək ki, bir az əvvəl Səudiyyə Ərəbistanının Yəmənlə sərhədə zirehli texnika və artilleriya yerləşdirməyə başladığı haqqında məlumat yayılmışdı. Lakin Reuters Ər-Riyaddakı mənbəyə istinadla xəbər verir ki, bu sırf müdafiə xarakteri daşıyır.


Müəllif: