4 İyul 2015 14:00
3 023

İsrail ordusu ölkǝnin cǝnubundakı Eşkol bölgǝsi yaxınlığına iki raketin düşdüyünü açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisǝnin ardından İsrail-Misir keçid mǝntǝqǝsi yaxınlığında yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Raket hücumu nǝticǝsindǝ ölǝn və ya xəsarət alan olmayıb.

Raketlǝrin Misir ordusu ilǝ silahlılar arasında iki gündür toqquşmaların davam etdiyi Sina yarımadasından atıldığı açıqlanıb.

Hücuma görə mǝsuliyyǝti Sinadakı üsyançılara rəhbərlik edən və İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına sadiqlik andı içən “Әnsar Beytül Makdis” adlı tǝşkilat üzǝrinǝ götürüb.

Samir


Müəllif: