24 İyul 2015 00:17
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Almatı şəhərinin ətrafında yüzlərlə sakin uçqun və palçıq axınına görə köçürülüb. ANS PRESS-in məlumatına görə, bir neçə gün davam edən istilərdən sonra şəhərin ətrafındakı dağlarda buz əriməyə başlayıb. Nəticədə ətrafdakı göl dolub və Karqalı çayı məcrasından çıxıb.Təbii hadisə onlarla evə ziyan vurub. İtki və ya xəsarət alan yoxdur.

Hazırda palçıq axınının Naurzbay rayonuna çatdığı xəbər verilir. Çayın qarşısını kəsən səd hələlik tab gətirsə də dağıla da bilər. Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib və hadisə yerinə vertolyotlarla 2 minə yaxın xilasedici göndərilib.


Müəllif: