1 Avqust 2015 08:38
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya və ABŞ-ın nümayəndələri Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə ticarətin liberallaşdırılması danışıqları çərçivəsində ən çox mübahisə doğuran məsələ ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Onlar Yaponiyadan ABŞ-a düyü məhsullarının göndərilməsi ilə əlaqədar son məqamlar üzərində işləyirlər.

Bu barədə Yaponiya və ABŞ-ın nümayəndələri Havay adalarında iştirakçı ölkələrin nazirləri səviyyəsində keçirilən danışıqlar zamanı razılığa gəlməyə çalışırlar.

Yaponiya tərəfi düyünün həcminin artırılması ilə bağlı sistemin tətbiqini təklif edir, lakin bu zaman kvotanın tam həcmdə yerinə yetiriləcəyinə zamanət verilmir. ABŞ nümayəndələri isə bununla razılaşmaq niyyətində olduqlarını nümayiş etdirirlər.

Yaponiya nümayəndə heyəti illik ixracın 70-80 min ton həcmində müəyyənləşməsinə çalışır. ABŞ tərəfi isə kvotanın daha böyük həcmdə müəyyən olunmasını təkid edir.


Müəllif: