2 İyun 2014 19:34
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 19 yaşlı gənc ananın etdikləri bütün ölkəni şoka salıb.

Teleqraf.com xəbər verir ki, iş yerindəki ayaqyolunda təkbaşına uşaq dünyaya gətirən Lataşa Vilson körpəni suda boğaraq öldürüb. Daha sonra cəsəddən canını qurtarmaq istəyən qəddar ana onu kimsəsiz bir yerə apararaq yandırmağa qərar verib.

ABŞ polisinin verdiyi məlumata görə, onlar cəsədi tapanda körpə tanınmaz halda olub. Ekspertizanın rəyinə əsasən, körpə suda boğularaq öldürülüb və sonra yandırılıb. Ən dəhşətlisi isə odur ki, uşağın atası Lataşaya bu amansız cinayətdə kömək edib.

ABŞ qanunlarına əsasən, Lataşa Vilsonu 30 il həbs cəzası gözləyir.

Uğur


Müəllif: