7 İyun 2014 23:59
512

Yəmən sahillərində miqrantları aparan gəmi batıb.

Gəminin batması nəticəsində 62 nəfər həlak olub. BMT-nin Qaçqınlar üzrə Agentliyi baş verən hadisəni insan itkisinin sayına görə bu il həmin regionda baş verən ən genişmiqyaslı faciə adlandırıb.

Batan gəmidə Somali və Efiopiyadan olan miqrantların olduğu bildirilir.

Qeyd edək ki, hər il minlərlə afrikalı Avropa ölkələrinə getmək üçün Yəmən sahillərinə üzərkən gəmi və bərə qəzalarında həlak olur./anspress/


Müəllif: