11 İyun 2014 14:35

ABŞ-ın Los-Anceles şəhərində iki ermənini həbs edilib. Teleqraf.com bildirir ki, saxlanılan ermənilər yanacaqdoldurma məntəqəsində müştərilərin kredit kartlarından şəxsi məlumatları oğurlamaqla məşğul olublar.

Şəhər polisinin araşdırmaları nəticəsində məlum olub ki, yanacaqdoldurma məntəqəsində işləyən 27 yaşlı Edvard Martirosyan və 22 yaşlı Aram Manasaryan müştərilərin kredit kartlarından şəxsi məlumatları oğurladıqdan sonra bu məlumatları həmin şəxslərə qarşı istifadə edirmiş.

Saxlanılanların avtomobillərindən noutbuklar, kartları oxuyan cihazlar, eyni zamanda Edvard Martirosyan və Aram Manasaryana məxsus saxta kredit kartları aşkarlanıb. /anspress/


Müəllif: