16 May 2016 15:39
490

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanı “Avroviziya-2016” mahnı müsahibəqisində qalib edən müğənni Camalaya zəng edib.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ölkə başçısı əslən krım tatarı olan Camalanı qələbə münasibətilə təbrik edib.

Krım tatarlarının faciəsinə həsr olunmuş “1944” adlı mahnı ilə “Avroviziya-2016” səhnəsində çıxış edən Camala Türkiyə prezidentinin telefon zəngindən duyğulandığını dilə gətirib, diqqətə görə təşəkkür edib. Ərdoğan Camalaya bundan sonrakı səhnə fəaliyyətində uğurlar arzulayıb.

Nərgiz


Müəllif: