1 İyun 2016 20:12

İran işğalçı Ermənistanla müxtəlif sahələr üzrə əlaqələrini inkişaf etdirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında viza rejimi tezliklə ləğv edilə bilər. Bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bildirib.

O, həmçinin, Ermənistan televiziyasına müsahibəsində deyib ki, İran prezidenti Həsən Ruhaninin ilin sonunda Ermənistana rəsmi səfəri nəzərdə tutulub. Amma səfərin dəqiq vaxtı müəyyənləşməyib.

Viza məsələsi ilə bağlı Ermənistan kütləvi informasiya vasitələri daha bir xəbər də yayıb. İnformasiyaya əsasən, Ermənistan parlamentinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə bu məsələ ilə bağlı sənədin layihəsi daxil edilib.

Samir


Müəllif:
Загрузка...