30 İyun 2017 21:12
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ölümqabağı” adlı yeni layihəyə start verir. Hər gün bir tanınmış sima 10 sualımıza cavab verməli olacaq.

Rubrikamızın ilk qonağı əməkdar artist, məşhur kino və teatr aktyoru Rasim Cəfərdir.

Yaxında öləcəyinizi bilsəydiniz, sonuncu dəfə:

- ... nə düşünərdiniz?

- Hələ rolumu tam oynamamışam…

- ... hansı yeməyi yeyib, hansı içkini içərdiniz?

- Gürcü xəngəli ilə qırmızı şərab!

- ... kiminlə görüşmək istəyərdiniz?

- Sevdiklərimlə, övladlarımla…

- ... hansı ölkəyə getmək istərdiniz?

- İtaliya!

- ... kimi öpərdiniz?

- Sevdiyim insanı və övladlarımı…

- ... hansı kitabı oxuyardınız?

- Alber Kamyunun "Yad"ını yenidən oxuyardım…

- ... hansı musiqiyə qulaq asardınız?

- Gözəl bir türküyə

- ... kimə və nə hədiyyə alardınız?

- Mən hədiyyə almaqda həmişə çətinlik çəkmişəm… Bilmirəm...

- ... hansı filmə baxardınız?

- Fransız komediyasına.

- ... son 3 kəlməniz nə olardı?

- Pərdələr bağlanınca alqışlayın!


Müəllif: Könül Əlibəyli