29 Noyabr 2017 08:45
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik Teleqraf” holdinqin mərhum yazıçı Mövlud Mövludun xatirəsinə təşkil etdiyi “Mövlud Mövlud Mükafatı” adlı hekayə müsabiqəsi davam edir.

Bu barədə Teleqraf.com-a “Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin təşkilat komitəsinin sədri Aqşin Evrən məlumat verib. O, müsabiqənin mükafatlandırma mərasiminin hansı səbəbdən gecikdiyini də açıqlayıb:

“Düzdür, qaliblərin adlarının sentyabr ayında açıqlanacağı planlaşdırılırdı, lakin güneyli yazarların hekayələrinin tərcümə və Azərbaycan ədəbi dilinə uyğunlaşdırılma prosesi xeyli vaxt aldı. Buna görə də müsabiqənin yekun nəticələrini təyin olunmuş vaxtda açıqlaya bilmədik. Şərtlərə əməl edən bütün müəlliflər müsabiqəyə buraxılıb. Müsabiqənin şərtlərini pozan, xüsusən müsabiqəyə göndərilmiş hekayəni sonradan başqa mətbu orqanda yayımlayan bir neçə müəllif müsabiqədən kənarlaşdırılıb.

Mükafatlandırma mərasimi üçün dəqiq vaxt təyin olunmayıb, amma yaz aylarında keçirilməsi düşünülür. Yaxın günlərdə bu və digər məsələlərlə bağlı ətraflı açıqlama veriləcək”.

Qeyd edək ki, müsabiqənin mükafatlandırma mərasimi bir qədər gecikdiyi üçün yarışmanın ləğv olunması haqda iddialar yayılmışdı.


Müəllif: Xәzәr Süleymanlı