28 İyul 2016 21:32
273

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində dövlət qurumları ilə yanaşı siyasi partiyalarda da araşdırmalara başlanılıb.

Teleqraf.com xəbər verir ki, fətullahçı şəbəkə mənsublarının həbsi çərçivəsində Millətçi Hərəkat Partiyasının üzvü, vəkil Ayhan Erel həbs edilib.

Qeyd edək ki, Ayhan Erel MHP-də növbədənkənar qurultay keçirilməsi üçün xüsusi aktivlik göstərən şəxslərdən hesab olunur. O, əvvəllər İstanbulun Aksaray bölgəsində MHP təşkilatının sədri olub.

Cavad


Müəllif: