5 İyul 2014 16:22
2 786

İki övlad anası olan bu qadının sinəsində 5 pinta, yəni təqribən 2,7 litr silikon var.

Uels sakini, 34 yaşlı Debbi Delamar miniatür vücuda malik olsa da, sinə ölçüləri çox böyükdür.
Sosial şəbəkələrdəki profillərinin on minlərlə daimi təqibçisi olan Debbinin dediyinə görə, qurşaqdan yuxarı çılpaq vəziyyətdə, yəni topless halda bir foto çəkdirmək üçün 35 funt-sterlinq alır.
Puons bölgəsindəki Brekon şəhərində yaşayan Debbi Delamar indiyədək sinəsinə silikon implantların yerləşdirilməsi ilə bağlı iki əməliyyata məruz qalıb.
28 yaşından bəri sinəsini süni şəkildə böyüdən Debbinin üçüncü əməliyyatı hələ başa çatmayıb.
Londondakı Haygeyt hospitalında həyata keçirilən əməliyyat üçün Debbi 8 min funt-sterlinq ödəyib.
Britaniyanın ən böyük sinəli qadını sayılan Debbi deyib: "Təqlid üçün pis numunə olduğumu düşünmürəm. Övladlarımı, ailəmi sevirəm. Qlamur model olmaq niyyətim yoxdur. Amma sadəcə, daha gözəl görünmək istəyirdim. Doğrudur, sinəmin ölçüsü işimdə mane olur. Avtomobil zavodunda çalışıram və yığma lentindən başqa qadınlarla müqayisədə daha uzaqda oturmalıyam. Küçədə gedəndə isə hamı mənə baxır və bu da mənə xoşdur. Bilirəm, adi ana və ya qadın deyiləm. Fəqət, kimsəyə zərər vermirəmsə, bunun nəyi pisdir?"
/milli.az/

Müəllif: