6 İyul 2014 22:20
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən ofisində axtarış aparıldıqdan sonra həbs ediləcəyindən çəkinərək ölkədən çıxan və hal-hazırda mühacirət həyatı yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova rəhbərlik etdiyi "Qadın Krizis Mərkəzi"nin bağlanmasının əsl mahiyyətini açıqlayıb.



Hüquq müdafiəçisi açıqlamasında, problemi olan qadınların artıq Mərkəzə müraciət etməkdən çəkindiklərini bildirdi: "Ofisimdə axtarışdan sonra, bəzi KIV-lər Mərkəzimizi insanlara yardim edən qurum kimi yox, cinayət ocağı kimi təqdim etdilər. Buna görə də qadınlar bizə müraciət etməyə ehtiyat edirlər. Mərkəzimizə gələnlərin sayı azalıb."

Mərkəzin fəaliyyətini müvəqqəti olaraq donduran Əzizova bundan sonra necə hansı formada fəaliyyət göstərəcəklərini müəyyən etmədiklərini deyir: "Mərkəzi avqusta qədər müvəqqəti bağlamışıq. Səbəblər müxtəlifdir, amma ən əsas bunlardır : Ədliyyə Nazirliyi bir neçə ildir ki, QHT-mizin qeydiyyata alınmaması haqda Avropa Məhkəməsinə sənədlər təqdim edib. Bu gün QHT-lərin durumu elədir ki, fəaliyyət göstərmək çox çətin olub. Bəs, bizim kimi qeydiyyatı olmayan təşkilatlar nə etsin? Həm fəaliyyətimizə süni maneələr yaradılacaq, həm də ən əsas maliyyəni ala bilməyəcəyik. Maliyyə olmayanda ən azından insanların əmək haqqını ödəmək mümkün olmayacaq. Üstəlik ofis xərcləri və s. Belə bir durumda işləmək mümkün olmayacaq. Fəaliyyətimizi hansı formada davam etdirəcəyimizi avqusta qədər düşünməliyik. Hələ bunu müəyyən etməmişik".

/ans press/


Müəllif: