7 İyul 2014 16:22

“Biz son vaxtlar qeyri-insani rəftarları ilə gündəmə gələn İŞİD-ə qarşı təbliğatı gücləndirmişik”.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Xaçmaz şəhər məscidinə yeni təyin olunmuş axund Yaşar Rzayev deyib.

Şeyxin nümayəndəsi bildirib ki, İŞİD qeyri-müsəlman təşkilatıdır: “Onlara müsəlman demək günahdır. Elədikləri də bunu göstərir. Biz daim camaat arasında bu məsələlərlə bağlı təbliğat aparırıq. Son günlər maarifləndirmə işini daha da gücləndirmişik”.


Onun sözlərinə görə, İŞİD-i Xaçmazda nə əhli-sünnə, nə də şiə camaatı dəstəkləyir.


“Onların davranışları müsəlmanlara qarşı olan rəftardır. Bunu hər kəs bilir. Biz də bunu insanlara göstərir, İŞİD-i ifşa edən təbliğatımızı aparırıq”, - deyə Y. Rzayev bildirib.

/publika.az/


Müəllif: