9 İyul 2014 14:42
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika şahzadəsi Amadeo ilə italiyalı jurnalist Elizabetta Maria Rozboş münasibətlərini rəsmiləşdiriblər. Cütlük artıq 7 ildir birlikdədir.

Nikah ötən həftə sonu Romada baş tutub. Toy mərasimi olduqca sadə şəkildə keçirilib. Toyda Belçika kral ailəsinin üzvləri, İtalyanın elit təbəqəsi, oliqarxlar və İngiltərə York şahzadəsi Beatriç iştirak edib. Belçika taxt-tacının vəliəhdinin gəlini Elizabetta da aristokrat bir ailənin tək uşağıdır.

Belçikanın yeni xanım şahzadəsinin gəlinliyini "Valentino" moda evi tikib. Yeni Belçika şahzadəsinin bəyaz geyimi toy geyimlərinin tələblərinə və "Valentino"nun prinsiplərinə uyğun hazırlanıb.

Qeyd edək ki, İspaniya taxt-tacının kralı Felipe də jurnalist və teleaparıcı Letisiya Ortis Rokasolano ilə ailə qurub.

/tabloid/


Müəllif: