11 İyul 2014 11:09
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda bir nəfər mobil telefonunda Qurani-Kərim olduğu üçün cəzalandırılıb.



Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan vətəndaşı olan Zübeyd Mirzərəhimov adlı şəxs mobil telefonunda Qurani-Kərim, dini mətnlər, moizələr olduğu üçün 5 il həbs cəzasına məhkum edilib.

Həbs edilən Zübeydin ailəsi daxil olmaqla, heç kimlə görüşməyinə icazə verilmir.

Qeyd edək ki, ölkə qanunlarına əsasən müsəlman, ya da xristian olmasına baxmayaraq xarici vətəndaşların istər yazılı, istərsə də rəqəmsal olaraq dini materiallardan istifadə eməsinin qadağan olduğu bildirilir.

/ans press/


Müəllif: