11 İyul 2014 15:57

“Həmas” İsrailin paytaxtı Tel-Əvivdə yerləşən hava limanını partladıb.



Bunu “Həmas”ın üzvü İzzəddin əl-Kassam söyləyib.

O, iddia edib ki, İsrail paytaxtındakı “Ben Gurion” hava limanı M75 tipli rakaketlərlə vurulub:

“Hava limanı ilk dəfə hədəf seçildi və 4 M75 tipli raketlə vuruldu”.

İsrail ordusunun mətbuat katibliyindən isə bu iddialara cavab veriblər.

Ordudan bildirilib ki, Qəzzadan Tel-Əvivə atılan 3 raket tez bir zamanda zərərsizləşdirilib.

/ans press/


Müəllif: