11 Sentyabr 2017 15:41
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentensiar Xidmət Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 318.2 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib.

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan Aleksandr Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib.

İstintaq dövrü ərzində həbsdə saxlanılan Aleksandr Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib.

10 sentyabr 2017-ci il tarixdə Aleksandr Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib.

Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və Aleksandr Lapşinə lazımi tibbi yardım göstərilib.

11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalayıb.

Sərəncama əsasən Aleksandr Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcək.


Müəllif: Hacı Zeynalov