24 İyul 2014 15:00

Azərbaycan Dövlət Teleqraf Agentliyi uzun müddətdir istifadə etdiyi üslubunu dəyişib.

Teleqraf.com xəbər verir ki, "AzərTac"cümlənin xəbərini nəqli keçmiş zamanda, yəni –mış4 şəkilçisindən istifadə edirdi. Bu üslub cümlələrdə qəlizlik yaratsa da, agentlik uzun müddətdir bundan imtina etmirdi.

Bu gündən isə agentliyin xəbərlərində cümlə sonluqlarında yenilik diqqət çəkib. Artıq cümlə qurularkən nəqli keçmiş zamanın 2-ci və 3-cü şəxs üçün alternativ şəkilçisi olan –ıb4-dən istifadə olunur.


Müəllif: