13 Oktyabr 2017 23:49
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın ittihamlarına cavabı özünü çox gözlətməyib.

Teleqraf.com xəbər verir ki, Ruhani Trampın ittihamlarını əsassız sayıb: "Onun çıxışları rəsmən İrana lənət oxumaqdır. İran millətinə əsassız ittihamlardır. Nüvə anlaşmasını tək bir ölkə ləğv edə bilməz. İran terrorla mübarizəyə davam edəcək".

Qeyd edək ki, bu gecə ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İraqa qarşı qəbul etdikləri qərarları açıqlayıb.

TeTramp çıxışında İranı "terrora dəstək verən ölkə" adlandırıb. O, İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq ediləcəyini də vurğulayıb.


Müəllif: Ruslan