15 Yanvar 2018 13:20
2 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyada yeni ordu qurma cəhdləri bu ölkənin ərazi bütövlüyünə zərər verə bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya bu məsələdə ABŞ-dan geniş açıqlama gözləyir:

“ABŞ Suriyada rejimi dəyişdirmək istəyən qruplara yardım edir. ABŞ-ın dəstəklədiyi bu qruplar Suriyanın bölünməsinə səbəb olacaq”.

Lavrov Türkiyə tərəfini İdlibdə müşahidə məntəqələrini qurma işlərini sürətləndirməyə çağırıb.


Müəllif: Samir İsayev