16 Yanvar 2018 14:12
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əsas suallar Afrin əməliyyatı ilə bağlı olub.

Ərdoğan əməliyyatları suriyalı müxaliflərlə birgə həyata keçirəcəklərini bildirib.

Əməliyyatla bağlı amerikal həmkarı Donald Trampla heç bir müzakirə aparmayacağını söyləyən Türkiyə prezidenti qeyd edib ki, məsələləri Rusiya Prezidenti Vladimir Putinlə dəyərləndirəcək.

Ərdoğanın sözlərinə görə, Türkiyə ordusu Suriyadakı bütün terror qruplarını məhv edəcək.


Müəllif: Samir