24 Yanvar 2018 14:49
3 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəhudi dərin dövləti ilə anqlosaks dərin dövləti arasında ciddi fikir ayrılıqları yaranıb. Düşünürəm ki, bu proses getdikcə güclənəcək və dərinləşəcək.

Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər deyib.

Onun fikrincə, dünyanın idarəediciləri arasında, xüsusilə üçtərəfli komissiyada yəhudilərin böyük gücü var:

“Çünki yəhudilər dünya maliyyə ehtiyatlarının böyük bir hissəsinə nəzarət edirlər. Üstəlik, onların ABŞ siyasətinə ciddi təsiri mövcuddur. Mənim gəldiyim ilkin qənaət ondan ibarətdir ki, ABŞ-da dərin yəhudi dövləti yəhudimeyilli bir şəxsi məqsədli şəkildə hakimiyyətə gətirib. Həm Trampın, həm də vitse-prezident Pensin yəhudimeyilli olduğunu dünyada bu məsələlərlə maraqlanan hər kəs bilir. Artıq Amerika sanki “Böyük İsrail”ə çevrilib. ABŞ kimi qlobal gücün maraqları arxa plana atılır və kiçik İsrailin maraqlarına fokuslaşma önə çıxır”.

S.Əkbər hesab edir ki, məhz bu amillər Amerikanın qurucularını, ələlxüsus anqlosaksları razı sala bilməz:

“Bu günə qədər ABŞ dərin dövlətində anqlosakslar xüsusi üstünlüyə malik olub. Odur ki, son proseslər onları əsla razı sala bilməz. Bu mənada hesab edirəm ki, anqlosakslar getdikcə daha çox qıçıqlanacaq və qəzəblənəcək. Mənim fikrimcə, bu vəziyyətə anqlosakslar uzun müddət dözməyəcək”.

Sülhəddin Əkbər eyni zamanda qeyd edib ki, Türkiyənin Suriyada əməliyyat aparması və möhkəmlənməsini ABŞ və Rusiya daxil olmaqla heç bir dövlət istəmir:

“Ancaq gördüyünüz kimi, Qərb ölkələri artıq Türkiyənin terrorizmə qarşı mübarizə və təhlükəsizlik haqlarını tanımağa başlayıb. Mən burada Böyük Britaniyanın öncüllüyünü xüsusilə qeyd edərdim. Yeri gəlmişkən, ABŞ-ın mövcud hakimiyyətinin İsrailə yönəlik siyasət aparması nəticəsində dərin dövlət daxilində anqlosakslarla yəhudimeyillilər arasında fikir ayrılıqları böyüyür. Böyük Britaniyanın Xarici İşlər naziri Boris Consonun hadisələrdən öncə İrana səfər etməsi, İran rəhbərliyini xəbərdar etməsi, indi də Afrin əməliyyatında Türkiyənin yanında yer alması anqlosaks-yəhudi qarşıdurmasının görünən tərəfidir. Bu göstərir ki, Böyük Britaniya və anqlosaks dərin dövləti ilə yəhudi dərin dövləti arasında mövcud olan fikir ayrılıqları qarşıdurma mərhələsinə keçir. Gələcəkdə ola bilsin ki, bu qarşıdurmanın daha ciddi əlamətlərini müşahidə edə biləcəyik”.


Müəllif: Cavad