6 Avqust 2014 14:15

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb

Ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.

S. İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

/APA/


Müəllif:
Загрузка...