16 Mart 2018 12:15
4 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar qərarı Türkiyə Nazirlər Kabinetində müzakirə edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müzakirələrdən sonra qərar açıqlanıb.

Qərara əsasən, Şimali Koreyanın Türkiyədəki 39 nümayəndəsinin mülkləri müsadirə edilib və onların bu ölkəyə səfəri qadağan olunub.

Bundan başqa, Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qızıl, neft, təbii qaz və digər metalların satışı dayandırılacaq.

Şimali Koreyaya məxsus gəmilər fövqəladə vəziyyət istisna olmaqla Türkiyə limanlarına daxil olmayacaq.


Müəllif: Samir