14 Aprel 2014 17:32
413

Rasim Musabəyov: “Bu insan erməni lobbisinin təsiri altındadır”

“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində elə də ciddi fəaliyyəti yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, həmsədrin vaxtaşırı olaraq “Twitter” sosial şəbəkəsindəki səhifəsində münaqişə ilə bağlı fikirlər yazaraq paylaşması siyasət adlandırıla bilməz. Onun fikrincə, hiss olunur ki, C.Uorlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan insandır:

“Mən çox təəssüflənirəm ki, ABŞ kimi nəhəng bir dövlət təcrübəsi və problemlə ciddi məşğul olmayan adamı bu cür vacib posta təyin edib. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı səylərinə gəlincə deyə bilərəm ki, onsuz da danışıqlar dalana dirənib. Bu mənada hesab etmirəm ki, C.Uorlik bu prosesə hansısa müsbət dəyişiklik gətirsin. Hiss olunur ki, bu insan erməni lobbisinin təsiri altında olan, birtərəfli məlumat alan və heç də o birtərəfliyini dəyişməyə meyilli olmayan bir şəxsdir”.

Səxavət


Müəllif: