16 Fevral 2015 17:49
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib.

Bu barədə Teleqraf.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə R.Sekuta etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: