7 Aprel 2016 22:42
229

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib: “Sözsüz ki, bu dəfə də atəşin dayandırılması üçün ən müxtəlif səviyyələrdə çox operativ və böyük iş görülüb. Rusiyanın bu səyləri prosesin iştirakçıları tərəfindən qeyd olunub. Əlbəttə, rəsmi Moskva ardıcıl xətti davam etdirəcək”.

Teleqraf.com TASS informasiya agentliyinə istinadən xəbər verir ki, D.Peskov Rusiyanın Minsk qrupunun həmsədrlərindən biriolduğunu xatırladıb: “Rusiya həm rəsmi İrəvan, həm də rəsmi Bakı ilə səmimi, tərəfdaş münasibətlərə malikdir və bu münasibətlərdən qeyd edilən şərtlərin yaradılması üçün istifadə edir. Bu zaman ikitərəfli əsasda və beynəlxalq mexanizmlər çərçivəsində fəaliyyət göstərir”.


Müəllif: