28 İyun 2014 12:40
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əmindir ki, Belarus, Ermənistan və Azərbaycan müəyyən müddətdən sonra Avropa Birliyinə (AB) qoşulacaq.

Saakaşavili bu barədə fransız nəşri “Le Temps”ə müsahibəsində bildirib.

“Gürcüstanda hakimiyyətə gəlmiş müxalifət mənim Avropa yönümlü kursuma qoşulub. Ukraynada bu ideya hətta rusdilli şərqdə də populyarlaşır. Paradiqma tam dəyişib”, - deyə Mixail Saakaşvili vurğulayır.

Amma Gürcüstanın eks-prezidentinin fikrincə, Avropa Birliyinə yol uzun və mürəkkəb olacaq:

"AB yeni üzvlər qəbul etmək üçün islahatlar keçirməlidir. Təəssüf ki, Joze Manuel Barrozunun mümkün varisi Jan-Klod Yunkerin Şərqi Avropa ölkələrinə maraq göstərməsinin şahidi olmamışıq. Mən ehtiyat edirəm ki, Jan-Klod Yunker işi ləngidəcək"./anspress/


Müəllif: