30 Aprel 2017 17:22
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qarasu kəndi yaxınlığındakı pambıq tarlasından 1956-cı ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cəbrayılova Qızbəst Məhəddin qızının meyiti tapılıb. İlkin araşdırma zamanı qadının pambıq sahəsində işlədiyi və paltarının su motoruna ilişməsi nəticəsində ağır xəsarət alaraq öldüyü müəyyən edilib.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır.


Müəllif: