18 İyun 2017 10:49
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sirt regionunun Herekol dağlıq ərazisində Türk Silahlı Qüvvələrinin iyunun 12-dən başlatdığı əməliyyatlar çərçivəsində 4 terrorçu qadın ələ keçirilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, PKK terror şəbəkəsinin mənsubu olan 4 terrorçu qadının özü könüllü təslim olub.

Artıq təslim olan terrorçu qadınların fotoları da yayılıb.

Dağlarda əməliyyat keçirən ordu qüvvələrinə qadın terrorçular bir-bir təslim olub. Fotolardan bəlli olub ki, terrorçu qadınlardan biri sərbəst hərəkət etməkdə çətinlik çəkir.


Müəllif: Cavad