18 İyun 2017 14:35
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 il həbs cəzası verilən “Hürriyət” qəzetinin keçmiş redaktoru Enis Berberoğlunun həbsinə etiraz edərək Ankaradan İstanbula yürüşə başlayan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu yolda yıxılıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Kamal Kılıçdaroğu Kahramankazanda davam edən yürüş zamanı yol kənarında Türkiyə bayrağı ətrafında toplaşan gənclərin yanına gedib. Kılıçdaroğlu bayraq qaldıranlara dəstək göstərdiklərinə görə təşəkkür edib, çıxdığı təpədən enmək istəyəndə isə ayağı ilişərək yerə yıxılıb. Müxalif liderin mühafizəçiləri dərhal müdaxilə edib Kılıçdaroğlunu ayağa qaldırıblar. Hadisə yerindən görüntülər həvəskar kameranın obyektivinə tuş gəlib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu haqqında 25 il həbs cəzası verilən Enis Berberoğlunun həbsinə etiraz olaraq Ankaradan İstanbula yürüşə başlayıb. Ankaranın Güvenpark ərazisindən başlayan yürüşün İstanbulun Maltepe səmtində sona çatacağı bildirilib. Yürüşə minlərlə insan qatılıb. Onlar gündə 18 km məsafə km hərəkət edəcək və aksiya 28 günə başa çatacaq.


Müəllif: Kəmalə