22 İyun 2017 12:33
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Kürdüstanın müstəqillik referendumunun heç bir halda təxirə salınmayacağını, buna qarşı çıxılacağı təqdirdə qanlı bir müharibənin başlayacağını bəyan edib edib.

Teleqraf.com Şimali İraq Kürd Muxtariyyətinə yaxın “Rudav” saytına istinadən xəbər verir ki, bu haqda Bərzani “France 24” kanalına müsahibəsində bildirib.

Məsud Bərzani deyib ki, Şimali İraq Kürd Muxtariyyəti ərazisində referendum sentyabrın 25-də keçiriləcək. O, bu qərarın təxirə salınmayacağını xüsusi vurğulayıb.

Referendumun gecikdirilməyəcəyi və ya buna qarşı istənilən cəhdlərin xaos və qanlı bir müharibəyə səbəb olacağını bildirən Bərzani bildirib ki, muxtariyyətin rəhbərliyi olaraq bütün məsələlərin dialoq və qarşılıqlı anlaşma ilə həll edilməsi üçün hər şey edirlər: “Biz Ərbillə Bağdad arasında yaxşı bir qonşuluq əlaqələrinin olmasını istəyirik. İraq baş naziri Heydər əl İbadi ilə razılaşmağa çalışacağıq, ancaq bu mərhələdə danışıqlar açıq deyil”.

Bərzani “ABŞ Prezidenti Donald Trampım referendumu 2018-ci ilin martında keçirilməsinə dair istəyi varmı” sualına özünəməxsus cavab verib: “Amerikanın belə bir düşüncəsi ola bilər. Ancaq biz öz düşüncəmizi referendumun təyin olunması anı reallaşdırdıq. Referendum məsələsində geriyə addım atılmayacaq”.


Müəllif: Cavad