23 İyun 2017 13:10
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Conni Depp ABŞ Prezidenti Donald Trampa sui-qəsd zarafatı edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Britaniyada keçirilən Qlastonberi rok festivalında danışıb. O, deyib:

"Axrıncı dəfə nə vaxt aktyor prezidenti öldürüb?"

Bəziləri bunu aktyordan Trampa mesaj kimi qiymətləndiriblər. Depp isə fikrini belə aydınlaşdırıb:

“Demək istəyirəm, mən aktyor deyiləm, yalan danışıram və bununla həyatda pul qazanıram. Bununla yanaşı, belə bir hadisə olmayıb, ancaq olması gərəkdir".


Müəllif: Samir