27 İyul 2017 13:33
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:54

Lerik rayonunda broyler fabrikində partlayış olub.

APA-nın xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

***

12:34

Lerik rayonunun Piran kəndi ərazisində yerləşən broyler fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bu barədə Teleqraf.com-a rayonun Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki, hadisə qaz balonunun partlaması nəticəsində baş verib: “Bir nəfər ölüb. Hələ ki, kimliyi məlum deyil. Xəsarət alanların vəziyyəti orta-ağırdır. Hazırda prokurorluq, polis və FHN işçiləri hadisə yerindədir, ərazidə araşdırma aparır. Ölən və yaralananların hər üçü eyni kənd sakinidir”.

Komissiyadan qeyd edilib ki, partlayışın dərəcəsi və səbəbləri araşdırılır.

***

Lerik rayonunun Piran kəndində broyler fabrikində baş verən partlayışda yaralanan 2 nəfər rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bunu Teleqraf.com-a açıqlamasında xəstəxananın baş həkimi Mübariz Ağayev deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan birinə ambulator yardım göstərilib: “Artıq evə buraxılır. Digər şəxs isə xəstəxanaya yerləşdirilib”.

Baş həkim qeyd edib ki, hadisə yerinə təcili tibbi yardım maşını göndərilib.

***

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

Rayonun Fövqəladə Hallar Komissiyasından Teleqraf.com- a verilən məlumata görə, ölən şəxs 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədovdur.

Partlayış nəticəsində xəsarət alanlar isə 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanovdur.


Müəllif: İlhamə Əbülfət