13 Avqust 11:14
140

İsveçin ikinci ən böyük şəhəri Malmödə yaşayış binalarından birində atışma olub.

Teleqraf.com “Sydsvenskan” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər yaralanıb. Polis yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerində 100-ə yaxın insanın olduğu deyilir. Atışma baş verən binanın ərazisi yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, insidentin səbəbləri müəyyənləşdirilir. Hadisəni törədən şəxsin kimliyi barədə məlumat verilməyib.


Müəllif: Nərgiz